Sizin Xroniki Obstruktiv Ağciyər Xəstəliyiniz (COPD) nə vəziyyətdədir? Xroniki Obstruktiv Ağciyər Xəstəliyinin Qiymətləndirilməsi Testindən keçin (COPD Assessment Test – CAT)
Bu sorğu, Xroniki Obstruktiv Ağciyər Xəstəliyinin (COPD) rifahınız və gündəlik həyatınıza təsirini ölçməkdə sizə və səhiyyə işçisinə kömək edəcək. Cavablarınız və test nəticəniz, Xroniki Obstruktiv Ağciyər Xəstəliyinizin idarə edilməsinin yaxşılaşdırılmasında və müalicədən maksimum fayda əldə etmək üçün səhiyyə işçisi tərəfindən və ya sizin tərəfinizdən istifadə edilə bilər.
Əgər Siz sorğuya kağız üzərində cavab vermək istəyirsinizsə, zəhmət olmasa, buraya daxil olun və sonra sorğunu çap edin.
Aşağıda hər bir bənd üzrə sizin hazırkı vəziyyətinizi ən yaxşı izah edən xanaya (X) işarəsi qoyun. Hər bir sual üçün yalnız bir cavab seçdiyinizdən əmin olun.
Nümunə: Mən çox xoşbəxtəm
Mən çox qəmginəm
BAL
Mən heç zaman öskürmürəm
Mən daima öskürürəm
Sinəmdə ümumiyyətlə bəlğəm (selik) yoxdur
Sinəm bəlğəmlə (seliklə) doludur
Sinəmdə sıxlıq hissi yoxdur
Sinəmdə həddindən artıq çox sıxılma hissi var
Təpəyə qalxdıqda və ya bir pillə çıxdıqdan sonra təngnəfəs olmuram
Təpəyə qalxdıqda və ya bir pillə çıxdıqdan sonra çox təngnəfəs oluram
Ev işlərini yerinə yetirərkən heç bir məhdudiyyət hiss etmirəm
Ev işlərini yerinə yetirərkən ciddi məhdudiyyət hiss edirəm
Ağciyərimin vəziyyətinə baxmayaraq evdən rahatlıqla çıxa bilirəm
Ağciyərimin vəziyyətinə görə evdən çıxmağa cəsarət etmirəm
Mən rahat yatıram
Ağciyərimin vəziyyəti ilə əlaqədar olaraq rahat yata bilmirəm
Enerjim çoxdur
Enerjim heç yoxdur
Həkimə müraciət etməzdən əvvəl CAT sorğusunu çap etdiyinizə əmin olun
COPD Qiymətləndirmə Testi GSK-nin dəstəklədiyi COPD üzrə müxtəlif ixtisaslı beynəlxalq ekspertlər qrupu tərəfindən hazırlanmışdır. GSK-nin COPD Qiymətləndirmə Testi ilə əlaqəli fəaliyyətlərinə nəzarət müstəqil kənar ekspertlərdən ibarət (onlardan biri orqana sədrlik edir) kollegial idarəetmə orqanı tərəfindən həyata keçirilir.
CAT, COPD Qiymətləndirmə Testi və CAT loqosu GSK şirkətlər qrupunun əmtəə nişanlarıdır. ©2009 GSK. Bütün hüquqlar qorunur.
For optimal viewing, please rotate your mobile device's screen orientation to landscape.